00:03

44 günlük Vətən müharibəsinin xronikası: 30 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 30 oktyabr

Lider.com.az istinadən bildirir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması ilə nəticələndi.

Oktyabrın 30-na olan xronikaya əsasən, Prezident İlham Əliyev rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib, səhər saatlarından isə yaşayış məntəqələrimiz atəşə tutulub.

Bərdə və Tərtər şəhərlərini hədəfə alan düşmənə məxsus "Smerç" qurğularının, eləcə də növbəti "Osa" ZRK-nın və raket-artilleriya silahları anbarının məhv edilməsinin videogörüntüləri yayılıb.

Həmçinin hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi zərərsizləşdirilib, Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulub, Ermənistan qüvvələri Tərtərin Ələsgərli kəndinə "Smerç" raketi atıb və işğaldan azad olunan Xudafərin kəndindən videoreportaj hazırlanıb.

Xəbər lenti

    Çox oxunanlar