15:26

Apple istifadəçilərinə xəbərdarlıq: WhatsApp və Telegram-dakı zərərli fayllardan qorunun

Apple istifadəçilərinə xəbərdarlıq: WhatsApp və Telegram-dakı zərərli fayllardan qorunun

Lider.com.az istinadən bildirir ki, Milli Kibertəhlükəsizlik Agentliyi "Apple" istehsalı olan qurğulardakı təhlükəsizlik zəifliyi səbəbindən vətəndaşlara müraciət ünvanlayıb.

Açıqlamada qeyd olunub ki, "iOS", "macOS" və "iPadOS" platformalarının müəyyən buraxılışlarında müəyyənləşdirilmiş bu boşluq kiberhücumçuların sistemləri idarə etməsinə yol açır.

Hazırda fırıldaqçıların naməlum nömrələrdən zənglər etdiyi, eyni zamanda "Telegram" və "WhatsApp" proqramları vasitəsilə aldadıcı mesajlar göndərərək zərərli sənədlər ötürdüyü diqqətə çatdırılıb. Bildirilib ki, proqram təminatını yeniləməyən şəxslərin qurğuları bu üsulla ələ keçirilə bilər və nəticədə şəxsi məlumatlar kənar şəxslərin əlinə keçə bilər.

Bununla əlaqədar olaraq, Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə müəyyən təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib:

Mac, iPad və iPhone cihazlarının proqram təminatını dərhal ən son versiyaya yeniləyin;

Şübhəli və tanımadığı mənbələrdən daxil olan sənədləri açmaqdan çəkin;

Avtomatik yenilənmə funksiyasını aktiv vəziyyətə gətirin.

Xəbər lenti

    Çox oxunanlar