
Lider.com.az istinadən bildirir ki, Türkiyə Egey və Şərqi Aralıq dənizində yerləşən qanuni maraqlarını və hüquqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Məlumata əsasən, bəyanatın dərc olunmasına Ankara hökumətinin xarici kursu ətrafında səslənən bəzi iddialar səbəb olub. Belə ki, xarici işlər naziri Hakan Fidanın Yunanıstan mətbuatına müsahibə verdiyi irəli sürülsə də, nazir yunan qəzetinə hər hansı açıqlama verməyib.
Nazirlikdən vurğulanıb ki, Hakan Fidanın Brüsseldə yerləşən beyin mərkəzlərindən birinin tədbirində səsləndirdiyi fikirlər kontekstdən qoparılıb və bunun fonunda Türkiyənin Egey və Şərqi Aralıq dənizi istiqamətindəki siyasəti mübahisə obyektinə çevrilib.
Sənəddə xüsusi olaraq vurğulanıb ki, Ankaranın bu regionlardakı haqlı mövqeyindən geriyə addım atması və ya hər hansı dəyişikliyin edilməsi qətiyyən müzakirə oluna bilməz.
