00:22

Beynəlxalq Cinayət Məhkəməsi yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək

Beynəlxalq Cinayət Məhkəməsi yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək

Lider.com.az istinadən bildirir ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Kərim Xanın istefasından sonra yeni prokuror vəzifəsinə seçki prosesinin başlandığını elan edib.

Bu barədə məhkəmənin yaydığı rəsmi bəyanatda məlumat verilib.

Açıqlamada qeyd olunur ki, sözügedən prosedur Roma Statutuna qoşulan dövlətlərin Assambleyasının üzvləri ilə aparılan məsləhətləşmələrdən sonra başladılıb.

Assambleyanın sədri Payvi Kokuranta bildirib ki, bu tədbirlər vasitəsilə qurum BCM prokuroru postuna ən yüksək peşəkar keyfiyyətlərə malik namizədləri cəlb etməyi qarşısına məqsəd qoyub.

Namizədliyini irəli sürmək istəyənlərin müraciətləri 2026-cı il oktyabrın 31-dən 2027-ci il yanvarın 31-dək qəbul olunacaq.

Şəxslər bu vəzifəyə fərdi şəkildə müraciət edə bilərlər, eyni zamanda onların namizədliyi iştirakçı dövlətlər və ya həmin dövlətlərin qrupları tərəfindən də irəli sürülə bilər.

Yeni prokurorun təyinatının 2027-ci ilin dekabr ayında həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, iyulun 24-də Nyu-York şəhərində Assambleyanın xüsusi sessiyasında çıxış edən Kokuranta nəzarət qurumunun Kərim Xanın cinsi qısnama iddiaları ilə əlaqədar tutduğu vəzifədən uzaqlaşdırılması barədə qərar çıxardığını açıqlamışdı.

Məlumata əsasən, BCM-ə daxil olan 125 üzv ölkədən 82-si onun vəzifəsindən azad olunmasının lehinə səsvermədə iştirak edib.

Xəbər lenti

    Çox oxunanlar