
Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların xərcləri oktyabrın 16-na olan vəziyyətə əsasən 47,1 milyard dollara çatıb.
Qeyd olunan rəqəm Pentaqonun daha əvvəl apardığı qiymətləndirmə göstəricisindən 3,5 milyard dollar çoxdur.
Sözügedən məlumat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Konqresə təqdim etdiyi sənədlərə istinadən yayıılıb.
Amerika Müdafiə Nazirliyi tərəfindən maliyyə xərcləri ilə bağlı əvvəlki hesabat sentyabr ayının əvvəlində qanunvericilərin nəzərinə çatdırılmışdı.
Ümumi vəsaitin təxminən 29 milyard dolları döyüş fəaliyyəti zamanı sərf olunan sursat ehtiyatlarının yenidən yığılmasına, 11,9 milyard dolları cari əməliyyatlara, 6,1 milyard dolları isə sıradan çıxmış hərbi texnika və avadanlıqların yeniləri ilə əvəzlənməsinə yönəldilib.
Bununla yanaşı, qarşıdurma dönəmində bölgədə zərər görən ABŞ hərbi infrastruktur obyektlərinin bərpası üçün tələb olunan xərclər bu ümumi məbləğə daxil edilməyib.
