
Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ştatlar noyabrın 3-də baş tutacaq Konqresə aralıq seçkilərindən dərhal sonra İrana qarşı qısa müddətli, lakin güclü hərbi kampaniyaya başlaya biləcəyi barədə Fars körfəzindəki bəzi dövlətlərə xəbərdarlıq edib.
Bununla əlaqədar olaraq, Pentaqon Yaxın Şərq regionunda yerləşən və hücuma məruz qalma ehtimalı mövcud olan bazalardakı amerikalı hərbçiləri təxliyə edib.
Eyni zamanda, ABŞ Silahlı Qüvvələri həmin bölgədəki döyüş sursatı ehtiyatlarını artırmaqdadır, qırıcılar və bombardmançı təyyarələr isə potensial zərbələr üçün tam hazırlıq vəziyyətinə gətirilib.
Nəşrin mənbələrinin yaydığı məlumata əsasən, Amerika lideri Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası məsələsində hələlik qəti qərar qəbul etməyib.
Bununla bərabər, onun seçki prosesindən sonra miqyaslı hücumun təşkil olunmasına daha çox meyilli olduğu irəli sürülür.
Həmçinin bildirilir ki, baş verə biləcək hücumlar zamanı İranın nüvə obyektləri ilə yanaşı, müxtəlif infrastruktur qurğularının da hədəfə alınması ehtimal olunur.
