08:49

Amerika İsrailə əlavə Patriot hava hücumundan müdafiə sistemi ötürəcək

Amerika İsrailə əlavə Patriot hava hücumundan müdafiə sistemi ötürəcək

Lider.com.az istinadən bildirir ki, Vaşinqton Təl-Əvivin raket zərbələrindən qorunma qabiliyyətini artırmaq üçün Texas ştatından Yaxın Şərqə əlavə "Patriot" zenit-raket kompleksi yollamaq qərarına gəlib.

Bundan əlavə, noyabr ayında Amerikanın hərbi dəniz qüvvələrinə məxsus əlavə aviadaşıyıcı zərbə qrupunun da həmin regiona istiqamətləndiriləcəyi bildirilib.

Həmin qrupun bölgədə mövcud olan 20 ABŞ hərbi gəmisinə qoşulacağı gözlənilir.

Qeyd edilib ki, Ağ Ev İranla hərbi toqquşmaların yenidən alovlana biləcəyi ehtimalını nəzərə alaraq regiondakı hərbi qüvvələrini artırır.

Nəşrin mənbələrinin məlumatına əsasən, ABŞ rəhbərliyi qarşıdurmanın qızışacağı təqdirdə həyata keçirilə biləcək müxtəlif addım ssenarilərini diqqətdə saxlayır.

Xəbər lenti

    Çox oxunanlar