18:22

Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib

Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib

Lider.com.az istinadən bildirir ki, İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib.

Bunu regional hökumətin başçısı Xuanma Moreno açıqlayıb.

O qeyd edib ki, hamı sarsılıb və bütün Əndəlüs bu dəmiryol qəzası nəticəsində zərər çəkənləri dəstəkləyir.

Bundan əvvəl Sevilya meri Xose Luis Sans da üç günlük matəm elan etmiş və bütün rəsmi tədbirlərin ləğv edilməsi barədə göstəriş vermişdi.

Xatırladaq ki, dəmiryol qəzası İspaniyanın Toledo əyalətindəki Urda stansiyası yaxınlığında "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində baş verib.

Son məlumatlara əsasən, ən azı 64 nəfər həlak olub və hadisənin səbəbi insan amili ola bilər.

Xəbər lenti

    Çox oxunanlar