
Lider.com.az istinadən bildirir ki, Konqo Demokratik Respublikasının şərqində yerləşən M23 qiyamçı qruplaşmasına yardım göstərdiyi səbəbilə Vaşinqton Ruanda Müdafiə Nazirliyinə və bir maliyyə qurumuna qarşı məhdudlaşdırıcı tədbirlər elan edib. ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yayılan açıqlamada bu barədə məlumat verilib.
Bildirilir ki, Ruanda həmin hərbi birləşməyə hərbi texnika, logistik dəstək və təlim imkanları yaratmaqla yanaşı, Konqo Demokratik Respublikasının şərq bölgələrinə minlərlə hərbçi yerlaşdirib. Ruanda hakimiyyətinin köməyi sayəsində M23 qruplaşması bir sıra mühüm yaşayış məntəqələrini və zəngin faydalı qazıntı yataqlarının yerləşdiyi əraziləri nəzarətə götürüb.
Vaşinqtonun mövqeyinə əsasən, qiyamçılara dəstək mexanizmində həlledici rol oynayan "Zigama Credit and Savings Society" maliyyə təşkilatı da sanksiya siyahısına daxil edilib. Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent Ruanda tərəfini qruplaşmaya verdiyi dəstəyi təcili surətdə dayandırmağa və hərbi qüvvələrini Konqo Demokratik Respublikasının şərq torpaqlarından geri çəkməyə dəvət edib.
