
Lider.com.az istinadən bildirir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Ədən körfəzində baş verən şübhəli hadisələrlə əlaqədar müxtəlif kanallardan məlumatlar əldə edib.
Qurumun yaydığı açıqlamada vurğulanıb ki, bu cür hallar quldur dəstələrinin aktivləşdiyindən xəbər verə bilər.
Həmin məlumatlarda ticarət gəmilərinin yaxınlığında üzən kiçik şübhəli gəmilərin müşahidə olunduğu bir neçə epizod qeyd edilib.
Hazırda baş vermiş insidentlə bağlı araşdırma işləri aparılır.
Həmin regiondan üzən gəmilərin idarəçilərinə diqqətli olmaq və hər hansı şübhəli hərəkətlər qeydə alınarsa, dərhal UKMTO-nu məlumatlandırmaq tövsiyə olunub.
