
Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp verdiyi açıqlamada öz dəstəyinin İsrailin Baş naziri Benyamin Netanyahunun seçki mövqeyinə ciddi təsir göstərdiyini qeyd edib.
O, bu barədə "Axios" portalına verdiyi qısa müsahibə zamanı danışıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, əvvəlcə ona Netanyahunun şansları barədə mənfi proqnozlar çatdırılmışdı, lakin hazırda İsrail hökumətinin başçısının mövqeyi olduqca yaxşıdır.
Tramp bildirib ki, onun verdiyi dəstək Bibinin, yəni Benyamin Netanyahunun uğurunda mühüm rol oynayıb.
Amerikalı lider Netanyahunun quracağı milli birlik hökumətinin formalaşdırılması prosesində mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən hələ bu barədə dərin düşünmədiyini, ancaq belə bir addımı nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, İsraildə kabinet qurmaq üçün Knessetdə ən azı 61 deputatın etimadını qazanmaq tələb olunur.
Mərkəzi Seçki Komissiyasının ilkin rəqəmlərinə əsasən, Baş nazir Benyamin Netanyahunun bloku 53, Qadi Ayzenkotun rəhbərlik etdiyi "Yaşar" partiyasının bloku 48, ərəb partiyaları isə 19 mandat əldə edir və bu, tarixdə ən yüksək nəticədir.
Adi bülletenlərin ümumi həcminin 93 faizi artıq sayılsa da, ikiqat zərflərdə olan təqribən 600 min səsin emalı hələ qalıb.
