21:09

Volodimir Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq dəstək ayıracaq

Volodimir Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq dəstək ayıracaq

Lider.com.az istinadən bildirir ki, Niderland hakimiyyəti Ukraynaya 500 milyon avro məbləğində növbəti hərbi dəstək dəsti, eləcə də 1,2 milyard avro həcmində humanitar və digər qeyri-hərbi yardım təqdim edəcək.

Ukrayna lideri Volodimir Zelenski bu barədə Niderlandın Baş naziri Rob Yettenlə baş tutan danışıqların yekunları barədə sosial media hesabında məlumat paylaşıb.

Zelenski vurğulayıb ki, ayrılan hərbi dəstək paketindən əsasən hava hücumundan müdafiə sistemlərinin qüvvətləndirilməsi üçün istifadə olunacaq. Qeyri-hərbi vəsaitlər isə enerji infrastrukturunun bərpası, səhiyyə və sosial istiqamətlərin inkişafına sərf ediləcək.

Bununla yanaşı, tərəflər Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında planlaşdırılan üçtərəfli görüşə hazırlıq məsələlərini də nəzərdən keçiriblər. Zelenski qarşıdakı müzakirələr zamanı Avropa ölkələrinin maraqlarının nəzərə alınmasının mühümlüyünü vurğulayıb.

Xəbər lenti

    Çox oxunanlar