07:07

Pentaqonun baş hərbi strateqi vəzifəsindən kənarlaşdırılıb

Pentaqonun baş hərbi strateqi vəzifəsindən kənarlaşdırılıb

Lider.com.az istinadən bildirir ki, müdafiə idarəsinin rəhbəri Pit Heqset qurumun baş hərbi planlaşdırıcısı general-leytenant Brett Silviyanı tutduğu postdan uzaqlaşdırıb.

ABŞ Birləşmiş Qərargahının strategiya, planlaşdırma və siyasət idarəsinə başçılıq edən Silviya həftənin əvvəlində bu vəzifədən məhrum edilib.

Hələlik onun yerinə kimin təyin olunacağı bilinmir və generalın səlahiyyətlərini kimin icra edəcəyi də açıqlanmayıb.

Qərargahın rəsmi internet səhifəsində həmin şəxsin tərcümeyi-halı yerləşən bölmə artıq silinib.

Bu addım son bir ildə idarə rəhbəri postundan kənarlaşdırılan ikinci şəxs olmaqla yanaşı, Amerikanın İrana qarşı ola biləcək yeni hücumlarının müzakirə edildiyi dövrə təsadüf edir.

Məlumata əsasən, ABŞ Mərkəzi Komandanlığı nüvə obyektlərinə qısa müddətli basqınlardan tutmuş, İran iqtisadiyyatına təzyiqləri artırmaqla Tehranı danışıqlara vadar etməyi hədəfləyən uzunmüddətli əməliyyata qədər müxtəlif variantlar hazırlayıb.

Bununla belə, ABŞ Prezidenti Donald Trampın hələlik heç bir qərar vermədiyi qeyd olunur.

Xəbər lenti

    Çox oxunanlar