
Lider.com.az istinadən bildirir ki, Şimali Koreya tərəfindən Yapon dənizi istiqamətinə naməlum mərmi atılıb.
Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsindən verilən açıqlamaya əsasən, qurum buraxılan mərminin uçuş məsafəsini və texniki parametrlərini araşdırır.
Digər tərəfdən, Yaponiya Müdafiə Nazirliyi Pxenyanın ballistik raket buraxdığını və onun artıq su hövzəsinə düşdüyünü qeyd edib.
Hələlik raketin buraxılması ilə bağlı əlavə təfərrüatlar verilməyib.
