08:40

ABŞ-nin nüvə laboratoriyasında yanğın olub, radiasiya sızıntısı qeydə alınıb

ABŞ-nin nüvə laboratoriyasında yanğın olub, radiasiya sızıntısı qeydə alınıb

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları Energetika Nazirliyinin Cənubi Karolinada yerləşən Savanna-River Milli Laboratoriyasında radioaktiv maddələrin sızması ilə müşayiət olunan yanğın qeydə alınıb.

Hadisə barədə qurumun rəhbərliyinə istinadən məlumat yayımlanıb.

Açıqlamada hələlik Savanna-River zonasından kənarda mənfi nəticələrin müşahidə olunmadığı vurğulanıb, həmçinin insidentin başvermə səbəblərinin araşdırıldığı və əlavə məlumat veriləcəyi diqqətə çatdırılıb.

Alov laboratoriya daxilindəki otaqların birini əhatə edib.

Yayılan məlumatlarda yanğının söndürüldüyü və "yer səviyyəsində radioaktiv maddələrin təmizlənmədən bayıra çıxması" faktı da yer alıb.

Nüvə kompleksində fövqəladə hal rejimi yerli vaxtla çərşənbə günü saat 17:39-da, Bakı vaxtı ilə isə cümə axşamı saat 01:39-da tətbiq edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində obyektə girişlər qapadılıb, eyni zamanda ətrafdakı çay, dəmir yolu və hava nəqliyyatının hərəkətinə məhdudiyyətlər qoyulub.

Xəbər lenti

    Çox oxunanlar