14:12

Nikol Paşinyan parlamentdəki insidentə görə müxalifəti suçlayıb

Nikol Paşinyan parlamentdəki insidentə görə müxalifəti suçlayıb

Lider.com.az istinadən bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan qanunverici orqanda baş verən əlbəyaxa dava ilə bağlı bütün məsuliyyətin müxalifətin üzərində olduğunu söyləyib.

Hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının davranışlarını dəstəklədiyini bildirib.

Zorakılığı qınadığını vurğulayan Paşinyan qeyd edib ki, baş verənlərə görə cavabdehlik tam şəkildə müxalifət qüvvələrinin boyunundadır: "Bəli, fraksiya üzvlərinin hərəkətlərini alqışlayıram. İstər stuldan, istərsə də başqa bir şeydən istifadə etsinlər, bu, düzgün və yerindədir".

Xatırladaq ki, parlamentin iclası zamanı hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri ilə müxalifətçilər arasında kütləvi qarşıdurma qeydə alınıb. İnsidentə səbəb hakim partiyanın deputatı Taron Çaxoyanın çıxışı olub. Onun qarşı tərəfin ünvanına səsləndirdiyi təhqiredici sözlər kəskin etiraz doğurub və söz davası bir neçə xalq seçilmişinin iştirakı ilə fiziki müstəviyə keçib.

Xəbər lenti

    Çox oxunanlar