15:05

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatı göndərəcək

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatı göndərəcək

Lider.com.az istinadən bildirir ki, Polşa tərəfi Ukrayna dövlətinə ümumi dəyəri təxminən 50 milyon avro təşkil edən növbəti hərbi yardım çərçivəsində iki ədəd MiQ-29 qırıcı təyyarəsi və müvafiq sursatlar verəcək.

Bu barədə məlumatı Polşanın Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovski açıqlayıb.

Lukovski qeyd edib ki, bu hərbi texnika yaxın zamanlarda qonşu ölkəyə çatdırılacaq.

Onun sözlərinə görə, artıq müvafiq qərar verilib və iki MiQ-29 qırıcısı təhvil veriləcək.

Xəbər lenti

    Çox oxunanlar