15:05

Ukraynaya 1,5 milyon dollarlıq Azərbaycan enerji avadanlığı verilib

Ukraynaya 1,5 milyon dollarlıq Azərbaycan enerji avadanlığı verilib

Lider.com.az istinadən bildirir ki, Azərbaycanın Ukraynaya humanitar yardım olaraq yolladığı, ümumi dəyəri 1,5 milyon ABŞ dollarına bərabər olan enerji avadanlıqları bu ölkənin Energetika Nazirliyinə təqdim olunub.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bu barədə açıqlama verib.

Qeyd olunub ki, bu ləvazimatlar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən humanitar dəstək məqsədilə göndərilib.

Dəstək paketinə 9 ədəd transformator, 186 kilometr uzunluğunda kabel və 12 kilovoltluq paylayıcı qurğular daxildir.

Yüklər Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyi tərəfindən rəsmi surətdə Ukrayna Energetika Nazirliyinə təhvil verilib.

Xəbər lenti

    Çox oxunanlar