16:25

İran sanksiyalardan yan keçərək milyardlarla dollarlıq silah alıb

İran sanksiyalardan yan keçərək milyardlarla dollarlıq silah alıb

Lider.com.az istinadən bildirir ki, Tehran Qərbin tətbiq etdiyi məhdudiyyətlərdən və ABŞ blokadasından yan keçməyə imkan verən hərbi agentliklər şəbəkəsini formalaşdırıb, nəticədə 2025-ci ilin yanvarından etibarən ölkəyə ümumilikdə 2 milyard dollar dəyərində hərbi təyinatlı avadanlıqlar gətirilib.

Jurnalist araşdırmasına əsasən, MOD hərfləri ilə başlayan adların arxasında nəhəng maliyyə və hərbi mexanizm formalaşdıran 5000-dən artıq qurum fəaliyyət göstərir.

Belə ki, 2025-ci ilin yanvar ayından 2026-cı ilin iyununa qədər, o cümlədən cari ildə baş vermiş müharibənin ilk 4 ayı ərzində bu şəbəkənin təkcə komponentlərindən biri olan “MOD 346428” vasitəsilə İrana külli miqdarda partlayıcı maddələr, raket mühərrikləri və digər silah elementləri daşınıb.

Sözügedən hissələrin pilotsuz uçuş aparatları, raketlər və onların buraxılış qurğularının hazırlanmasında tətbiq olunduğu diqqətə çatdırılır.

Hərbi təyinatlı detalların Almaniya, Rusiya və Çindən dəniz, quru, həmçinin hava yolları vasitəsilə İrana daşındığı qeyd olunur.

Araşdırmada İranın korporativ və dövlət sənədlərindən, idxal göstəricilərindən, eləcə də yerli bankların məlumatlarından istifadə edildiyi vurğulanıb.

Xəbər lenti

    Çox oxunanlar