18:30

Türkiyədə qaya uçqunu nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyədə qaya uçqunu nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Lider.com.az istinadən bildirir ki, Türkiyənin Nevşehir vilayətinin Göreme qəsəbəsində leysan yağışlar səbəbindən "pəri bacası" kimi tanınan qaya parçalarının uçması 2 nəfərin ölümünə, daha bir nəfərin isə xəsarət almasına səbəb olub.

Hadisə Kapadokyadakı Göreme Açıq Hava Muzeyinin giriş hissəsində qeydə alınıb. Güclü yağıntıların ardından "pəri bacası" formasiyasından qoparaq ayrılan iri qayalar insanların üzərinə tökülüb.

İnsidentdən dərhal sonra bölgəyə polis, jandarma, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qüvvələri və təcili tibbi yardım briqadaları göndərilib.

Həyata keçirilən yoxlamalar nəticəsində qaya kütləsinin altında qalan iki nəfərin həyatını itirdiyi məlum olub. Xəsarət alan digər şəxs isə dərhal tibb müəssisəsinə aparılıb.

Nevşehir valisi Hüseyn Kök mətbuat mənsublarına verdiyi açıqlamada hadisənin həmin gün saat 15:15 radələrində intensiv yağışın yaratdığı torpaq sürüşməsi ucbatından baş verdiyini söyləyib.

Onun qeyd etdiyinə əsasən, hadisə baş verən ünvanda axtarış-xilasetmə tədbirləri davam etdirilir. Dövlət qurumlarının nümayəndələri lazım olan bütün texniki vasitə və avadanlıqlarla sahədə işləri həyata keçirirlər.

Xəbər lenti

    Çox oxunanlar