21:22

Avropa İttifaqının hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Avropa İttifaqının hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Lider.com.az istinadən bildirir ki, Bosniya və Herseqovinada Avropa İttifaqının hərbi kontingentinə aid olan helikopter qəzaya düşüb.

Hadisə Brçko şəhərinin ətrafında qeydə alınıb.

Qəza səbəbindən üç nəfər dünyasını dəyişib.

Hadisə zamanı mülki əhaliyə zərər dəymədiyi, həmçinin infrastrukturun zədələnmədiyi qeyd edilib.

Insidentin baş verdiyi ünvana polis qüvvələri, yanğınsöndürmə maşınları və təcili yardım qrupları göndərilib, həmin zona isə nəzarətə götürülüb.

Qəzanın başvermə səbəblərini üzə çıxarmaq məqsədilə təhqiqata başlanılıb.

Xəbər lenti

    Çox oxunanlar