00:03

Putin Avropa ilə əlaqələrin bərpasına yönəlmiş addımları dəstəklədiklərini bildirib

Putin Avropa ilə əlaqələrin bərpasına yönəlmiş addımları dəstəklədiklərini bildirib

Lider.com.az istinadən bildirir ki, Rusiya Federasiyası istər Avropa İttifaqı ilə, istərsə də ayrı-ayrı dövlətlərlə əlaqələrin bərpasına hesablanmış bütün addımları dəstəkləməyə hazırdır.

Bu barədə Rusiya prezidenti Vladimir Putin "Rusiya-Afrika" sammitinin nəticələrinə həsr olunan mətbuat konfransında danışıb.

Dövlət başçısı Norveçli baş nazir Yonas Qar Störe və Finlandiya prezidenti Aleksandr Stubb ilə gerçəkləşən telefon ünsiyyətindən danışaraq qeyd edib ki, həmin siyasətçilər Avropa İttifaqını deyil, birbaşa öz dövlətlərini təmsil edərək fikir mübadiləsi aparıblar.

Putin bildirib ki, Finlandiya və Norveç rəhbərləri ünsiyyətin əvvəlində Aİ-ni qurum olaraq təmsil etmədiklərini xüsusi olaraq qeyd ediblər və öz ölkələri adından zəng etdiklərini vurğulayıblar.

Onun sözlərinə görə, təmas qarşı tərəfin təşəbbüsü əsasında baş tutub və bu zaman bir sıra mövzularla yanaşı, Baltik dənizində təhlükəsizlik məsələləri də müzakirə olunub.

Putin əlavə edib ki, Rusiya istənilən çağırışa cavab verməyə qadirdir, lakin Baltik dənizində Hörmüz boğazı və ya Fars körfəzindəki ssenarilərin təkrarlanmasını istəmir.

Rusiya lideri Störe və Stubbun ünvanına Aİ tərəfindən deyilən tənqidlərlə razılaşmayıb və bu təşəbbüsün düzgün olduğunu, Moskva ilə konstruktiv dialoqun qurulmasını hədəflədiyini diqqətə çatdırıb.

O, əvvəllər də qeyd etdiyi kimi, Avropa ölkələri ilə tammiqyaslı və hərtərəfli əlaqələrin bərpasına yönələn istənilən addımı dəstəklədiklərini bir daha vurğulayıb.

Rusiya lideri həmçinin əlavə edib ki, Avropada bir çoxları 2030-cu ilə qədər Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşdıqlarını iddia edirlər.

Onun sözlərinə görə, Rusiya buna hazırdır, lakin müharibə arzusunda deyil, çünki belə bir qarşıdurmada qalib tərəf olmayacaq.

Xəbər lenti

    Çox oxunanlar