
Lider.com.az istinadən bildirir ki, kiberdələduzlər "Polymarket" mərc platformasının rəsmi internet səhifəsindəki zəif nöqtədən yararlanaraq müştərilərin profillərindən azı 2,6 milyon dollar məbləğində pul ələ keçiriblər.
Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Media qurumunun məlumat mənbəsinin açıqlamasına görə, insidentə "Polymarket" portalında tətbiq edilən "DebugBear" adlı kənar performans izləmə alətindəki texniki qüsur səbəb olub. Bildirilib ki, qərargahı Böyük Britaniyada yerləşən "DebugBear" şirkəti ilə əlaqədar hüquq-mühafizə qurumlarına müracət ünvanlanıb, eyni zamanda "Polymarket" rəhbərliyi müştəri aktivlərinin təhlükəsizliyinin pozulduğunu təsdiqləyərək hadisənin fəsadlarını aradan qaldırmaq ötrü beynəlxalq platformasındakı əməliyyatları müvəqqəti məhdudlaşdırıb.
Blokçeyn kisələrinin fəaliyyətinin təhlilinə istinad edən "The Wall Street Journal" qeyd edib ki, hücumçunun sahib olduğu ehtimal edilən rəqəmli pulqabıda "Polymarket" iştirakçılarının hesablarından çıxarılan 2,5 milyon dollardan artıq vəsait müəyyənləşdirilib. Toplanan rəqəmlər oğurluğun 700-dən çox istifadəçi profilini əhatə etdiyini üzə çıxarıb.
