
Lider.com.az istinadən bildirir ki, Amerika lideri Donald Trampın bir neçə həftə çəkən təzyiqlərindən sonra Ukrayna qüvvələri Rusiya Federasiyasının neft emalı zavodlarına yönələn zərbələri müvəqqəti olaraq dayandırıb.
Bu qeyri-rəsmi fasilə Birləşmiş Ştatlardakı aralıq seçkilər yekunlaşanadək, hətta noyabr ayının sonunadək davam edə bilər.
Rəsmi Kiyev ilə Vaşinqton arasında münasibətlərin kəskinləşdiyi bir dövrdə Rusiyanın neft emalı zavodlarına qarşı aparılan kampaniyanın faktiki olaraq dayandırılması ötən həftə qüvvəyə minib.
Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərə Rusiya neft zavodlarına zərbə endirməyi qadağan edən hər hansı bir əmrin verildiyini təkzib edib.
