
Lider.com.az istinadən bildirir ki, qətərli vasitəçilər ABŞ və İran arasında mövcud olan münaqişənin tənzimlənməsi üzrə danışıqları davam etdirmək məqsədilə oktyabrın 30-da yenidən Tehrana səfər ediblər. Qətər tərəfinin tutduğu mövqe və müzakirə prosesi rəsmi Vaşinqtonla razılaşdırılsa da, məsələyə dair əlavə təfərrüatlar verilməyib.
Bundan əvvəl qətərli heyət regiondakı gərginliyi səngitmək hədəfi daşıyan yeni razılaşma layihəsini İran tərəfinə təqdim etmişdi. Həmin sənəd layihəsinə əsasən, tərəflərin xüsusilə qarşılıqlı etimadı möhkəmləndirəcək addımlar atması tələb olunurdu.
İyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəs rejiminin pozulduğunu elan edərək İrana yeni zərbələrin endirilməsi barədə göstəriş vermişdi. Rəsmi Tehran isə cavab addımı kimi Birləşmiş Ştatların Fars körfəzi bölgəsindəki hərbi hədəflərini raket və dron zərbələri ilə vurub. Vaşinqton İranın danışıqlar masasına dönə biləcəyini istisna etməsə də, nüvə proqramı, Hörmüz boğazının təhlükəsizliyi və digər problemlər üzrə fikir ayrılıqları sülh prosesini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi faktiki olaraq tam iflic vəziyyətindədir.
