
Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ştatlar Dövlət Departamenti DV-2027 “Green Card” proqramının qeydiyyat müddətlərini hələlik ictimaiyyətə təqdim etməyib.
Oktyabr ayının 29-da ABŞ-nin Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi quruma qeydiyyat tarixlərinin açıqlanmasını əmr edən əvvəlki məhkəmə aktının icrasını dayandırmaq barədə qərar çıxarıb.
Bu addım Donald Tramp administrasiyasının apellyasiya şikayəti araşdırılan dövrdə lotereya prosesinin bərpa olunmasının qarşısını almağa şərait yaradıb, baxmayaraq ki, məhkəmə Dövlət Departamentinin qeydiyyatı gecikdirməsini bəyənmədiyini də vurğulayıb.
Xatırladaq ki, ötən ayın ortalarında birinci instansiya məhkəməsi tərəfindən Dövlət Departamentinə qeydiyyat cədvəlini oktyabrın 29-dək açıqlamaq, müraciət qəbuluna isə noyabrın 1-dən başlamaq tapşırığı verilmişdi, lakin oktyabrın 30-na olan vəziyyətə görə DV-2027 üçün hər hansı yenilik elan olunmayıb.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayında Braun Universitetində qeydə alınan silahlı insidentdən sonra Ağ Ev “Green Card” lotereyasının dondurulmasına qərar vermişdi və həmin hadisəni törədən şəxsin ölkəyə məhz bu xətlə daxil olduğu açıqlanmışdı.
