
Lider.com.az istinadən bildirir ki, Avropa Komissiyası 2027-ci il ərzində Ukraynaya 45 milyard avro dəyərində maliyyə dəstəyinin verilməsini təsdiq edib.
Bu barədə qurum tərəfindən rəsmi məlumat yayımlanıb.
Bildirilib ki, Avropa Komissiyası Avropa İttifaqı Şurasının Kiyevə veriləcək kreditin 2027-ci ilə aid olan 45 milyard avroluq yekun hissəsinin təsdiqlənməsi təklifini müsbət cavablandırıb.
Xatırladaq ki, Ukrayna tərəfi həmin il üçün Aİ-dən 70 milyard avro tələb edirdi.
Komissiyanın açıqlamasına əsasən, nəzərdə tutulan vəsaitin 13,3 milyard avrosu Avropa İttifaqının büdcəsindən maliyyələşməyə, qalan 31,7 milyard avrosu isə silah təminatına sərf olunacaq.
İdarə əlavə maliyyə mənbələrinin tapılması istiqamətində də fəaliyyət göstərəcəyini vurğulasa da, həmin vəsaitlərin hansı mənbələr hesabına təmin ediləcəyini açıqlamayıb.
Qurum həmin məbləği kredit kimi qələmə versə də, vəsait əslində Ukraynaya təmənnasız olaraq veriləcək.
Borc üzrə hesablanan faizlər isə birbaşa Avropa İttifaqının xəzinəsi hesabına ödəniləcək.
