00:12

Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin görüş tarixi bəlli ola bilər

Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin görüş tarixi bəlli ola bilər

Lider.com.az istinadən bildirir ki, Əbu-Dabidə təşkil olunması nəzərdə tutulan Rusiya, Ukrayna və ABŞ üçtərəfli toplantısının vaxtı cari həftə ərzində elan edilə bilər.

Mövzu ilə əlaqədar Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov açıqlama verib.

Y.Uşakov bildirib ki, tədbirin dəqiq vaxtı ilə bağlı artıq danışıqlar aparılır.

Onun sözlərinə görə, təqvimlər nəzərdən keçirilir, tədbir noyabr ayında baş tutacaq və tərəflər konkret müzakirələrə qatılıblar.

Xatırladaq ki, bundan əvvəl sözügedən üçtərəfli danışıqların noyabrın 4-də baş tutacağı barədə xəbərlər yayılmışdı.

Xəbər lenti

    Çox oxunanlar