07:27

ABŞ-ın İranla müharibəyə xərclədiyi vəsait 47,1 milyard dollara çatıb

ABŞ-ın İranla müharibəyə xərclədiyi vəsait 47,1 milyard dollara çatıb

Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ştatların İranla qarşıdurma üçün çəkdiyi xərclər oktyabrın 16-dək 47,1 milyard dollara çatıb.

Pentaqonun sənədlərinə əsaslanan məlumata əsasən, bu məbləğin təxminən 29 milyard dolları sərf olunmuş raketlərin və sursatların yenidən təmin edilməsinə, 6,1 milyard dolları isə sıradan çıxmış hərbi texnika ilə avadanlıqların bərpasına sərf olunacaq.

Döyüş əməliyyatlarının birbaşa xərcləri isə təxminən 11,9 milyard dollar təşkil edib, lakin bu rəqəmlərə ölkənin Yaxın Şərqdəki hərbi bazalarına dəyən ziyanın aradan qaldırılması xərcləri daxil deyil.

Xatırladaq ki, hərbi idarə müharibə ilə əlaqədar əlavə xərclərin ödənilməsi məqsədilə Konqresdən 67 milyard dollar vəsait tələb edib.

Xəbər lenti

    Çox oxunanlar