07:27

Pentaqon: ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına beş milyard dollarlıq ziyan dəyib

Pentaqon: ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına beş milyard dollarlıq ziyan dəyib

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi İranın həyata keçirdiyi hücumlar səbəbindən ölkənin Yaxın Şərq bölgəsində yerləşən hərbi bazalarına dəyən ziyanın miqdarını təqribən beş milyard dollar həcmində qiymətləndirib.

Məlumata əsasən, bu barədə ABŞ rəsmiləri tərəfindən açıqlama verilib.

Nəşrin apardığı təhlilə görə, İran qüvvələrinin raketləri və pilotsuz uçuş aparatları ilə törətdiyi zərbələr nəticəsində bölgədəki bir sıra Amerika hərbi obyektlərindəki binalar, rabitə şəbəkələri, eləcə də digər infrastruktur elementləri sıradan çıxıb.

Qeyd olunur ki, dəyən zərərin aradan qaldırılması və bərpa işləri üçün tələb olunan xərclər daha da yüksək ola bilər.

Xəbər lenti

    Çox oxunanlar