09:01

Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasına səbəb ola biləcək amil açıqlanıb

Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasına səbəb ola biləcək amil açıqlanıb

Lider.com.az istinadən bildirir ki, ABŞ Konqresinə aralıq seçkilərində Respublikaçılar Partiyasının uduzması prezident Donald Trampı İrana qarşı irimiqyaslı hərbi əməliyyatları yenidən canlandırmağa sövq edə bilər.

Məsələ ilə bağlı “Axios” portalı hakimiyyət dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ rəhbərliyində İrana qarşı yenidən hücumların təşkil olunması məsələsində fikir ayrılıqları mövcuddur.

Belə ki, dövlət katibi Marko Rubio və Pentaqonun rəhbəri Pit Heqset hərbi əməliyyatların bərpasını dəstəkləyirlər, vitse-prezident Ceyms Devid Vens, eləcə də Stiv Uitkoff və Cared Kuşner isə Tehranla müzakirələrin yenidən qurulmasının tərəfdarıdırlar.

Hakimiyyətdəki mənbələrdən birinin sözlərinə görə, respublikaçıların aralıq seçkilərdə məğlubiyyəti ilə üzləşəcəyi təqdirdə, Tramp irimiqyaslı hərbi əməliyyatlara başlamaq əmrini verməyə daha çox meyil göstərə bilər.

Buna baxmayaraq, Ağ Evin təmsilçisi seçki nəticələrinin Trampın İranla bağlı mövqeyinə təsir göstərməyəcəyini vurğulayıb.

“Axios” yazır ki, Qətər rəsmiləri ABŞ və İran nümayəndələri arasındakı birbaşa təmasların bərpası istiqamətində Tehranda müəyyən irəliləyişlərə nail olublar və bu müzakirələrin oktyabrın 31-də Dohada davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Birləşmiş Ştatlarda Konqresə aralıq seçkiləri noyabrın 3-də baş tutacaq.

Xəbər lenti

    Çox oxunanlar