20:06

ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib

ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları İranın cənub bölgəsində yerləşən iki balıqçı gəmisinə atəş açıb.

Hörmüzqan vilayətinin administrasiyasının yaydığı məlumata əsasən, insident yerli vaxtla saat 11:30 radələrində qeydə alınıb.

Hadisə ölkənin cənubunda yerləşən Qeşm adası yaxınlığındakı Məsən kəndi istiqamətində baş verib və içərisində hərəsində iki nəfər olan iki balıqçı qayığı hədəfə alınıb.

Basqın nəticəsində iki nəfər itkin düşüb və onların axtarılması məqsədilə xilasetmə işləri həyata keçirilir, digər iki nəfər isə təhlükəsiz şəkildə Qeşm adasına evakuasiya olunub.

Valilik əlavə detallar dəqiqləşdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyini vurğulayıb.

Xəbər lenti

    Çox oxunanlar