
Lider.com.az istinadən bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumata əsasən, Hörmüz boğazında İranın təyin etdiyi xətlə hərəkət etməyən neft tankeri mina ilə toqquşub.
SEPAH-dan qeyd olunub ki, günortadan sonra xəbərdarlıqlara məhəl qoyulmadan Hörmüz boğazının şərq hissəsindəki qadağan edilmiş təhlükəli zonada üzən neft tankerində dəniz minası ilə toqquşmadan sonra alovlanma baş verib.
Açıqlamada Tehranın strateji su hövzəsi ilə əlaqədar mövqeyinin dəyişməz qaldığı vurğulanaraq bildirilib: "Bütün üzən vasitələr, xüsusilə də neft tankerləri və ticarət gəmiləri xəbərdarlıqlara və marşruta tam riayət etməklə yanaşı, izləmə sistemlərini söndürməkdən çəkinməlidir".
Qeyd edək ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü bəyan edib, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi tərəfindən vurulduğunu iddia edir.
