00:27

BMT-nin ali komissarı husilərin əsirliyində olan əməkdaşının ölümü ilə bağlı açıqlama verib

BMT-nin ali komissarı husilərin əsirliyində olan əməkdaşının ölümü ilə bağlı açıqlama verib

Lider.com.az istinadən bildirir ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 2024-cü il iyunun 6-dan etibarən husilərin nəzarətində əsirlikdə olan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki nümayəndəsi Məhəmməd əl-Şaminin həyatını itirdiyini bəyan edib.

Bu barədə məlumatı Türk "X" platformasında paylaşıb.

O qeyd edib ki, uzun illər ərzində husilər tərəfindən qeyri-qanuni olaraq həbsdə saxlanılan yəmənli əməkdaşlarının vəfat etməsi onu dərindən sarsıdıb. Ali komissar bu ölüm faktının təcili şəkildə araşdırılmasını tələb edərək Məhəmmədin yaxınlarının həqiqəti öyrənməyə haqqı olduğunu vurğulayıb.

BMT-nin rəsmi internet səhifəsində dərc olunan açıqlamada Əl-Şaminin bir neçə ay əvvəl dünyasını dəyişdiyi, lakin onun ailəsinə bu hadisə barədə yalnız yaxın zamanlarda xəbər verildiyi diqqətə çatdırılıb.

Xəbər lenti

    Çox oxunanlar