
Lider.com.az istinadən bildirir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının Rusiya ilə qarşıdurması qaçılmaz xarakter daşımır, baxmayaraq ki, Moskva hələ də alyans üçün təhlükə olaraq qalır. Bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə müsahibəsində bəyan edib.
Komandan vurğulayıb ki, hələ ehtiyac yaranmazdan əvvəl mövcud dayanıqlılığı artırmaq son dərəcə vacibdir, lakin o, münaqişəni qaçılmaz görmür və sadəcə buna hazır olmaq lazım gəldiyini diqqətə çatdırıb. Qrinkeviçin fikrincə, hərbi-siyasi blokun imkanlarının gücləndirilməsi ABŞ Prezidenti Donald Trampın "güc yolu ilə sülh" strategiyasının real həyatda icrasıdır. O əlavə edib ki, potensial müharibəyə hazırlaşmaq əslində hərbi toqquşmanın qarşısını almanın ən optimal üsuludur. General həmçinin qeyd edib ki, üzv ölkələr alyans qurumlarının daha da möhkəmləndirilməsi məqsədilə Latviyanın və Şərqi Avropadakı digər dövlətlərin təcrübəsindən faydalana bilərlər.
