01:04

İran ABŞ və İsrailə xəbərdarlıq edərək hücumu gözləməyəcəklərini bəyan edib

İran ABŞ və İsrailə xəbərdarlıq edərək hücumu gözləməyəcəklərini bəyan edib

Lider.com.az istinadən bildirir ki, İran Silahlı Qüvvələri ölkələrinə qarşı istənilən təcavüz əlaməti hiss edəcəkləri halda zərbənin endirilməsini gözləmədən, heç bir coğrafi sərhəd qoymadan daha güclü şəkildə qarşılıq verəcəklərini açıqlayıblar.

Respublikanın ali rəhbəri Müctəba Xameneinin ali hərbi komandanlıqla baş tutan toplantısından dərhal sonra Baş Qərargah rəisi Əli Abdullahi yazılı bəyanatla çıxış edib.

Abdullahi ölkə rəhbəri Xameneinin tapşırıqlarını qətiyyətlə yerinə yetirəcəklərini diqqətə çatdırıb.

O qeyd edib ki, İran Silahlı Qüvvələri dövləti və xalqı qorumağa, həmçinin ABŞ və İsrail qüvvələrinə qarşı heç bir coğrafi məhdudiyyət tanımadan, ən müasir texnoloji vasitələrdən yararlanaraq böyük əzm və qüvvə ilə mübarizə aparmağa tam hazırdır.

Baş Qərargah rəisi hərbi imkanların gündən-günə artırılacağını diqqətə çatdırıb və xəbərdarlıq edib ki, ABŞ ilə İsrail hər hansı təcavüzə əl atarsa, onlara ötən müharibələrlə müqayisədə daha sərt, dağıdıcı və gözlənilməz cavab veriləcək.

Abdullahi mümkün hərbi əməliyyatlar zamanı hədəflərin daha geniş ərazini əhatə edəcəyini və rəqiblərin yeni sürprizlərlə üzləşəcəyini bildirib.

O sonda əlavə edib ki, istənilən təhlükə əlaməti hiss olunan kimi zərbənin endirilməsi gözlənilmədən dərhal, təsirli şəkildə və coğrafi məhdudiyyət tətbiq olunmadan cavab tədbirləri görüləcək.

Xəbər lenti

    Çox oxunanlar