
Lider.com.az istinadən bildirir ki, Fars körfəzi hövzəsinə daxil olan ərəb ölkələri Tehranla müzakirələr aparmağa müsbət yanaşırlar, lakin eyni zamanda İran tərəfindən də qarşılıqlı addımların atılmasını gözləyirlər.
Bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi Bəhreyndə baş tutan IISS-in 22-ci Manama Dialoqunda çıxışı zamanı danışıb.
Əl-Budeyvi qeyd edib ki, Körfəz ölkələri bölgədə mövcud olan istənilən problemin aradan qaldırılması məqsədilə hər zaman danışıqlara üstünlük veriblər və bu mövqelərini davam etdirirlər.
Onun sözlərinə əsasən, təşkilata daxil olan altı dövlət İran ilə vasitəsiz təmas xətlərini, eləcə də Çin, Rusiya, Qərb ölkələri və digər tərəfdaşlarla münasibətlərini qoruyub saxlamaqdadır.
Baş katib vurğulayıb ki, yeni fikir ayrılıqlarının qızışdığı bir məkanda bütün tərəflərlə təmas qurmaq bacarığı mövcud olan məhdud üstünlüklərdən biridir, lakin diplomatiya üçün qarşılıq verən tərəfdaşlara ehtiyac duyulur.
