07:44

Polşada Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən kənarlaşdırılan rəhbərinin binaya girişinə qadağa qoyulub

Polşada Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən kənarlaşdırılan rəhbərinin binaya girişinə qadağa qoyulub

Lider.com.az istinadən bildirir ki, Polşada Konstitusiya Məhkəməsinin sədri səlahiyyətlərinin icrasından kənarlaşdırılan Boqdan Sventskovski ilə yanaşı, onun müavini Bartolomey Soxanskinin də məhkəmə binasına buraxılmaması barədə qərar çıxarılıb.

Bu sərəncam məhkəmənin rəhbərliyini müvəqqəti olaraq öz üzərinə götürdüyünü elan edən Anna Korvin-Piotrovska tərəfindən qəbul olunub.

Təlimata əsasən, Sventskovski və Soxanski binaya heç bir şəkildə daxil ola bilməzlər, digər hakimlər isə iş yerinə giriş vaxtını və şərtlərini öncədən razılaşdırmağa borcludurlar.

Xatırladaq ki, oktyabrın 31-də baş tutan etirazlar zamanı Sventskovski Konstitusiya Məhkəməsinin binasına girməyə cəhd göstərsə də, məqsədinə çata bilməmişdi.

Qeyd edək ki, ölkədə Konstitusiya Məhkəməsinin rəhbər heyəti ətrafında hüquqi və siyasi gərginlik səngimir; belə ki, prezident Karol Navrotski rəhbərliyin dəyişdirilməsini qanunsuz saysa da, Baş nazir Donald Tusk bu dəyişiklikləri qanunun aliliyinin bərpası prosesi kimi qiymətləndirir.

Xəbər lenti

    Çox oxunanlar