11:28

İran Böyük Britaniyanın hərbi qüvvələrini terror təşkilatı elan edib

İran Böyük Britaniyanın hərbi qüvvələrini terror təşkilatı elan edib

Lider.com.az istinadən bildirir ki, ölkənin milli mənafeyi və təhlükəsizliyini hədəf alan qüvvələrlə casusluq və əməkdaşlığa görə cəzaların sərtləşdirilməsi qanunvericiliyinə əsasən, Birləşmiş Krallığın Xarici Kəşfiyyat Xidməti (MI6) düşmən qruplaşma elan edilib və həmin qanunun müvafiq normaları bu quruma da şamil olunub.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin noyabrın 1-də yaydığı rəsmi bəyanatda məlumat verilib.

Sənəddə vurğulanır ki, ABŞ tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasına cavab olaraq qəbul edilən qarşılıqlı tədbirlər qanununa əsasən, bəyanatın qüvvəyə mindiyi andan etibarən Böyük Britaniya Krallığının Hərbi Dəniz Donanması və Hərbi Hava Qüvvələri terror təşkilatları siyahısına daxil edilib.

Açıqlamada həmçinin qeyd olunur ki, sözügedən addımlar beynəlxalq hüququn prinsiplərinə və qarşılıqlılıq mexanizminə uyğun şəkildə atılıb, yaranacaq bütün mənfi fəsadlara görə isə məsuliyyət qarşı tərəfin üzərinə düşür.

XİN-in bəyanatında bildirilir ki, bu qərar Ali Milli Təhlükəsizlik Şurasının direktivi əsasında, Londonun son bir il ərzində Tehranın əleyhinə yönəlmiş addımlarına cavab olaraq verilib. Böyük Britaniyanın nəzarətində olan hərbi bazalar, imkanlar və təminat vasitələri ABŞ və İsrailin İrana qarşı təşkil etdiyi hərbi hava hücumlarında istifadə olunub, həmçinin rəsmi London 2026-cı il iyunun 13-də verdiyi qərarla İslam İnqilabı Keşikçiləri Korpusunu dövlət təhdidləri haqqında qanuna daxil edib.

Xəbər lenti

    Çox oxunanlar