12:18

Finlandiya prezidenti Putinlə bağlı iddiaları təkzib edib

Finlandiya prezidenti Putinlə bağlı iddiaları təkzib edib

Lider.com.az istinadən bildirir ki, Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya Prezidenti Vladimir Putinin Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı zamanı ona tarix mövzusunda mühazirə oxuması barədə yayılan xəbərlərin yalan olduğunu söyləyib.

Stubb "Yle" telekanalına verdiyi müsahibədə həmin iddiaların gerçəkliyi əks etdirmədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, bu telefon əlaqəsi çərşənbə axşamı Helsinki və Oslonun birgə təşəbbüsü ilə reallaşıb və əsas müzakirə obyekti Ukraynadakı müharibə olub.

Putin uzunmüddətli razılaşmaya nail olmaq üçün Moskvanın qanuni maraqlarının tam şəkildə nəzərə alınmasının vacibliyini qeyd edib.

O, eyni zamanda Avropa İttifaqı və NATO-nun qarşıdurma xəttinin hərbi əməliyyatların uzanmasına yol açdığını dilə gətirib.

Qeyd edək ki, "Financial Times" nəşri oktyabrın 27-də çıxan məqaləsində Putinin həmin telefon söhbətinin əsas hissəsini orta əsr slavyan tarixinə dair mühazirəyə ayırdığını iddia etmişdi.

Xəbər lenti

    Çox oxunanlar