13:05

ABŞ-da stadion yaxınlığında atışma baş verib: ölən və yaralananlar var

ABŞ-da stadion yaxınlığında atışma baş verib: ölən və yaralananlar var

Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ştatların Alabama ştatının Birmingem şəhərində yerləşən Legion Field stadionunun ətrafında qeydə alınan silahlı insident zamanı azı bir nəfər həyatını itirib, səkkiz şəxs isə xəsarət alıb.

Yerli hüquq-mühafizə strukturlarının açıqlamasına əsasən, güllə yarası alan ümumilikdə doqquz nəfərdən biri ölüb, zərərçəkənlərdən birinin durumu isə ağır olaraq qiymətləndirilir.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları insident baş verən ərazidən bir neçə ədəd odlu silah tapıblar və əməliyyat nəticəsində şübhəli şəxs saxlanılaraq dindirilmək məqsədilə bölməyə gətirilib.

Hadisə yerli vaxtla saat 19:50 radələrində, Amerika futbolu matçının başa çatmasından bir neçə saat sonra qeydə alınıb.

Xəbər lenti

    Çox oxunanlar