13:47

Volodimir Zelenski Türkiyədə Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

Volodimir Zelenski Türkiyədə Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

Lider.com.az istinadən bildirir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyə ərazisində təmas qurmağa hazır olduğunu bəyan edib.

Zelenski bu barədə “CNN Türk” telekanalına verdiyi müsahibəsində danışaraq, dialoqun bərpası istiqamətində operativ addımlar atılmasının vacibliyini önə çəkib və xüsusilə Qara dənizdə təhlükəsizlik məsələlərinə diqqət yönəldib.

Onun sözlərinə əsasən, Qara dənizdə dərhal təhlükəsiz dəhliz yaradılmalıdır və hazırda dörd gəmi Rusiya tərəfindən hücumlara məruz qalıb.

Lider Ukrayna lideri qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələləri Rusiya tərəfdaşları ilə müzakirə edəcək və bu təmasın hansı formatda, eləcə də nə vaxt baş tutacağı birbaşa Türkiyə liderinin şəxsi qərarından asılıdır.

Xəbər lenti

    Çox oxunanlar