
Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş Birləşmiş Ştatlar ilə İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən alovlandırması ehtimalına qarşı ən mənfi ssenariyə hazırlaşdıqlarını açıqlayıb.
BƏƏ rəsmisi bu barədə Bəhreyndə təşkil olunan təhlükəsizlik konfransındakı çıxışı zamanı danışıb.
Ənvər Qarqaş vurğulayıb ki, diplomatik yolla irəliləyişə nail olunacağına ümid edirlər və regionun növbəti qarşıdurma dalğası ilə üzləşməsi heç bir tərəfin maraqlarına cavab vermir, lakin əvvəlki dönəmlərdə də sübut etdikləri kimi, hər cür pis ssenariyə hazırdırlar.
