19:14

Avropa Komissiyası Polşadakı siyasi qarşıdurmada Baş nazir Tusku dəstəkləyib

Avropa Komissiyası Polşadakı siyasi qarşıdurmada Baş nazir Tusku dəstəkləyib

Lider.com.az istinadən bildirir ki, Avropa Komissiyası Polşada davam edən siyasi böhran şəraitində liberal və avropapərəst siyasəti ilə seçilən Baş nazir Donald Tuska dəstək nümayiş etdirib.

Demokratiya, ədliyyə, qanunun aliliyi və istehlakçıların hüquqlarının qorunması üzrə avrokomissar Maykl Makqrat “Politico” qəzetinə açıqlamasında bildirib ki, Polşanın Konstitusiya Məhkəməsinə yeni hakimlərin seçilməsi məhz Seymin səlahiyyətlərinə daxil edilməlidir.

Bununla da Maykl Makqrat Brüsselin Polşa dövlət başçısının Konstitusiya Məhkəməsinə hakim təyin etmək hüququnu müdafiə etmədiyini açıq şəkildə nümayiş etdirib, çünki ölkədəki gərginliyin kökündə məhz bu təyinatlar üzrə fikir ayrılıqları dayanır.

Avropa İttifaqı rəsmisi öz mövqeyini Avropa İttifaqı Ədalət Məhkəməsinin qərarları və Avropa Şurasının Venesiya Komissiyasının rəyləri ilə əsaslandırıb.

Avropa Komissiyasının mətbuata ünvanladığı diqqətlə hazırlanmış bəyanatda proseslərin yaxından izlənildiyi vurğulanıb və mətbuat həmin açıqlamanı Tuskun açıq şəkildə müdafiə olunması kimi qiymətləndirib.

Xatırladaq ki, oktyabrın 30-da Polşadakı qarşıdurma pik həddə çatanda Avropa Komissiyası daxili siyasi proseslərə müdaxilə etməmək ənənəsinə əsaslanaraq baş verənləri şərh etməkdən qaçınmışdı.

Polşadakı siyasi böhran Tusk kabinetinin Matey Berekinin Konstitusiya Məhkəməsinə hakim vəzifəsinə təsdiqlənməsi barədə qərarından sonra alovlanıb.

Son həftələrdə sözügedən məhkəmə binasının ətrafında mütəmadi olaraq etiraz nümayişləri təşkil olunub və hətta bəzi müxalifətçilər baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər.

Xəbər lenti

    Çox oxunanlar