
Lider.com.az istinadən bildirir ki, Latviya tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına bir ay müddətinə rəhbərlik etməyə başlayıb.
Bu barədə məlumatı dövlətin Xarici İşlər Nazirliyi yayıb.
Açıqlamaya əsasən, noyabr ayı ərzində qurumun bütün rəsmi və qeyri-rəsmi toplantılarına Latviya sədrlik edəcək.
Latviyanın BMT-dəki daimi nümayəndəsi Sanita Pavlyuta-Deslandes qeyd edib ki, ölkəsinin xarici siyasət idarəsinin başlıca prioriteti respublikanın təhlükəsizliyini möhkəmləndirməkdir və BMT Təhlükəsizlik Şurası da məhz bu məqsədin gerçəkləşdirilməsində mühüm vasitədir.
