
Lider.com.az istinadən bildirir ki, dekabr ayında Mayamidə baş tutacaq G20 ölkələri liderlərinin sammitində təhlükəsizlik və iqtisadi artım mövzuları müzakirə olunacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin sosial şəbəkə hesabında məlumat yayılıb.
Qurum bildirib ki, ABŞ dövlət katibi Marko Rubio beynəlxalq forumun iştirakçılarının diqqətini qurumun əsas missiyasına cəlb edib.
Paylaşımda qeyd olunub ki, Birləşmiş Ştatlar gələn ay Mayamidə keçiriləcək G20 liderlərinin sammitində bu səyləri tərəfdaşları ilə birgə davam etdirəcək.
Xatırladaq ki, 2026-cı ildə "Böyük iyirmilik" təşkilatına ABŞ rəhbərlik edir və qurum çərçivəsində təşkil olunan tədbirlər dekabrın 14-15-də Mayami yaxınlığındakı sammitlə yekunlaşacaq.
