
Lider.com.az istinadən bildirir ki, Rusiya qüvvələri noyabrın 1-də Ukraynanın Vinnitsa vilayətində yerləşən Kozyatın icmasına zərbə endirib.
Vinnitsa Vilayət Hərbi Administrasiyasının rəhbəri Natalya Zabolotnaya bildirib ki, bu hücum ucbatından azyaşlı 13 yaşlı qız da daxil olmaqla iki nəfər dünyasını dəyişib, reanimasiya şöbəsinə yerçəşdirilən digər qadını isə həkimlər xilas edə bilməyiblər.
Basqın zamanı dörd nəfər də xəsarət alıb ki, onlardan üçü uşaqdır. Zərərçəkənlər tibb müəssisəsinə aparılıblar və onların sağlamlıq durumu orta ağır kimi qiymətləndirilir.
Açıqlanan məlumata görə, raket zərbəsi peşə liseyinin yataqxanası ilə təhsil müəssisələrindən birinin arasındakı hissəyə tuş gəlib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına əsasən, yataqxana binasının ətrafında alovlanma qeydə alınıb və nəqliyyat vasitələri yanıb.
Hadisə bölgəsində aidiyyəti qurumların əməkdaşları fəaliyyət göstərirlər və basqının fəsadları dəqiqləşdirilməkdədir.
