
Lider.com.az istinadən bildirir ki, Ukrayna dövlət başçısı Volodimir Putinə Türkiyə ərazisində bir araya gəlməyi təklif edib.
O, bu barədə CNN Türk telekanalına verdiyi müsahibəsində bəhs edib.
Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti ilə danışıqların təşkil edilməsinə dəstək göstərəcəyinə inandığını ifadə edib.
Ukrayna rəhbərinin vurğuladığına görə, nümayəndə heyətləri və texniki qruplar hər bir məsələnin öhdəsindən gələ bilmədiyi üçün bəzi çətinliklər yalnız ölkə rəhbərləri səviyyəsində müzakirə olunmalıdır.
“Buna görə də mən onunla qərar qəbul edən şəxs kimi görüşmək istəyiram”, – deyə Zelenski qeyd edib.
Xatırladaq ki, daha əvvəl Kremlin rəhbərinin köməkçisi Yuri Uşakov Zelenskinin danışıqlar aparmaq üçün Moskvaya gələ biləcəyini söyləmişdi.
