00:16

Volodimir Zelenski Ukraynanın ərazi güzəştinə getməyəcəyini açıqlayıb

Volodimir Zelenski Ukraynanın ərazi güzəştinə getməyəcəyini açıqlayıb

Lider.com.az istinadən bildirir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski hərbi əməliyyatların tezləklə başa çatdırılmasında maraqlı olduğunu söyləyib. O, bu məqsədlə indiki təmas xətti boyunca toqquşmaların dayandırılmasını və cəbhə xəttinin dondurulmasını məqbul sayır.

Müsahibə zamanı lider qəti şəkildə qeyd edib ki, Kiyev müvəqqəti olaraq zəbt edilmiş torpaqların Rusiya mülkiyyəti kimi qəbul edilməsinə əsla razılıq verməyəcək.

O, həmçinin Ukraynanın Donbasın qalan torpaqlarından imtina etməyəcəyini də diqqətə çatdırıb.

Zelenskinin verdiyi məlumata əsasən, hazırda Rusiya ordusu Ukrayna torpaqlarının 19,3 faizinə nəzarət edir. Həmin bölgənin tam şəkildə Moskvaya verilməsi isə bu rəqəmi 25 faizə qədər artırardı.

Xəbər lenti

    Çox oxunanlar