
Lider.com.az istinadən bildirir ki, Fars körfəzində üzən gəmiyə iki naməlum mərmi dəyib.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Açıqlamaya əsasən, insident Səudiyyə Ərəbistanının Ras əl-Xəfci şəhərindən 72 dəniz mili şərqdə qeydə alınıb və cənub-şərq istiqamətində irəliləyən gəmi iki zərbəyə məruz qalıb.
Gəmi heyətinin hər bir üzvünün təhlükəsizlikdə olduğu və ətraf mühitə hər hansı ziyanın dəymədiyi vurğulanıb.
